Lukaşenko Putini “canavarbasan” adlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Belarus lideri həmkarının ölkəni idarə etmək bacarığına həsəd aparıla biləcəyini söyləyib.
Məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya dövlət başçısı Vladimir Putini siyasətdə “canavarbasan” (volkodav) və böyük şəxsiyyət adlandırıb.
“Onun insani keyfiyyətləri çox yaxşıdır, amma siyasətdə o, “canavarbasan”dır. O, siyasət aləmində böyük insandır”, – Lukaşenko vurğulayıb.
Belarus lideri qeyd edib ki, Putin uzun müddətdir belə böyük bir ölkəyə rəhbərlik edir:
“Buna görə də onun ölkəyə rəhbərlik etmək istəyinə, bacarığına, həmçinin təkcə daxili deyil, həm də xarici siyasət məsələləri ilə məşğul olmaq qabiliyyətinə həsəd aparmaq olar”.
Xuraman Etibarlı
İnterpress.az






