Moskva vilayətində dəhşətli cinayət baş verib. Əcnəbi ata 5 aylıq körpəsini döyərək öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Uşağın ağlamasına dözməyən kişi onu başına vuraraq qətlə yetirib.
Məlumata görə, Moskva vilayətində əcnəbi vətəndaş 5 aylıq qızını uzun müddət ağladığı səbəbindən döyərək öldürüb. Faktla bağlı onun barəsində məhkəmə prosesi başlayacaq.
Bildirilir ki, qəddar ata körpənin başına bir neçə dəfə zərbə endirib, nəticədə uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.
İstintaq zamanı həmçinin üzə çıxıb ki, təqsirləndirilən şəxs hamilə olduğu dövrdə həyat yoldaşını və azyaşlı ögey qızını da mütəmadi olaraq döyürmüş.
Xuraman Etibarlı
İnterpress.az






