Boden gölü üzərində baş verən qasırğa sakinləri QORXUTDU – FOTObackend

Boden gölü üzərində baş verən qasırğa sakinləri QORXUTDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boden gölü üzərində yaranan tornado Fridrixshafen sakinlərini təşvişə salıb.

İnterpress.az xəbər verir ki xəbər verir ki, bu barədə Almaniya nəşri məlumat yayıb.

Almaniyanın cənubunda, Baden-Vürtemberq federal torpağında qəfil yaranan güclü tornado yerli sakinlər arasında böyük həyəcan və təşvişə səbəb olub.

Boden gölü üzərində, Fridrixshafen şəhərinin sahili yaxınlığında qeydə alınan nəhəng qasırğa təxminən 20 dəqiqə ərzində havada asılı vəziyyətdə qalıb. Hadisə nəticəsində tələfat, yaralanma və ya hər hansı ciddi dağıntı qeydə alınmayıb.

Xilasetmə və fövqəladə hallar xidmətlərindən verilən məlumata görə, bu təbiət hadisəsi su üzərində yaranan su burulğanı xarakteri daşıyıb.

Ekspertlər qeyd edirlər ki, bu gücdə burulğanların quruda qeydə alınması fəlakətli dağıntılara yol aça bilərdi, lakin onun su səthində qalması fəsadların qarşısını alıb.

Maraqlıdır ki, cəmi bir neçə gün əvvəl eyni gölün digər sahilində – Lindau şəhəri yaxınlığında da nisbətən kiçik ölçülü bənzər fırtına qeydə alınmışdı.

Almaniya Meteorologiya Xidməti (DWD) bölgədə anomal isti hava kütlələrinin soyuq cərəyanlarla toqquşması səbəbindən yaxın günlərdə də bu cür qeyri-sabit təbiət hadisələrinin təkrarlana biləcəyi barədə xəbərdarlıq edib.

Xuraman Etibarlı

İnterpress.az