Çində “romantik” robotlar DÖVRÜ: “Xyser Robotics” yeni modellərini TƏQDİM ETDİ – VİDEObackend

Çində “romantik” robotlar DÖVRÜ: “Xyser Robotics” yeni modellərini TƏQDİM ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində romantik münasibətlər üçün nəzərdə tutulmuş yeni nəsil insanabənzər robotlar təqdim edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Çinin “Xyser Robotics” texnologiya şirkəti insanlarla emosional və fiziki əlaqə qurmaq üçün nəzərdə tutulmuş real insanabənzər (humanoid) robotların yeni seriyasını nümayiş etdirib.

Bu robotlar təkcə sadə köməkçi deyil, həm də potensial romantik tərəfdaşlar kimi təqdim olunur.

Şirkət robotların insana bənzərliyini artırmaq üçün təkmilləşdirilmiş dəri teksturası, təbii üz mimikası və istifadəçinin emosional ehtiyaclarına uyğunlaşan qabaqcıl süni intellekt sistemindən istifadə edib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür texnologiyalar insanları real ünsiyyətdən uzaqlaşdıraraq tənhalığa sürükləyə bilər.

Sosial şəbəkələrdə böyük müzakirələrə yol açan bu “romantik” robotlar həm maraq, həm də kəskin tənqidlərlə qarşılanıb.

Bir çox istifadəçi bu addımı bəşəriyyətin gələcək ailə və sosial münasibətlərinə mənfi təsir göstərəcək bir gedişat kimi qiymətləndirib.

Xuraman Etibarlı

İnterpress.az