Ankarada 36-cı NATO Sammiti başlayıb – VİDEObackend

Ankarada 36-cı NATO Sammiti başlayıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin paytaxtı Ankara şəhərində 36-cı NATO Sammiti öz işinə başlayıb.

İnterpress.az xəbər verir ki, açılış mərasimində NATO-nun Baş katibi Mark Rutte çıxış edib.

Çıxışdan sonra Rutte müttəfiq ölkələrin nümayəndələrini səhnəyə dəvət edib. Daha sonra sammit iştirakçıları ilə birgə xatirə fotosu çəkdirilib.

Mərasim çərçivəsində NATO-nun hərbi imkanlarını və alyansın müdafiə potensialını əks etdirən videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, NATO sammiti çərçivəsində bir sıra iri həcmli silah tədarükü müqavilələrinin elan olunacağı gözlənilir.