Rusiyada 3 yaşadək uşaqlara pulsuz qida verilməsi TƏKLİF EDİLDİbackend

Rusiyada 3 yaşadək uşaqlara pulsuz qida verilməsi TƏKLİF EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 3 yaşadək uşaqların pulsuz uşaq qidası ilə təmin edilməsi təklif olunub.

İnterpress.az xəbər verir ki, Rusiya mediası məlumat yayıb.

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Leonid Slutski üç yaşadək uşaqların dövlət hesabına pulsuz uşaq qidası ilə təmin olunmasını təklif edib.

Məlumata görə, siyasətçi bununla bağlı Rusiya Baş nazirinin müavini Tatyana Qolikovaya rəsmi müraciət ünvanlayıb.

Slutskinin fikrincə, bu sosial dəstək regionlar tərəfindən həm natura şəklində, yəni birbaşa uşaq qidasının verilməsi yolu ilə, həm də pul ödənişi formasında həyata keçirilə bilər.

O hesab edir ki, belə bir təşəbbüs azyaşlı uşaqları olan ailələrə əlavə sosial dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq.

Xuraman Etibarlı

İnterpress.az