Əfqanıstanda qubernatorun iqamətgahına raketlərlə HÜCUM EDİLDİ – Atışma BAŞLANDIbackend

Əfqanıstanda qubernatorun iqamətgahına raketlərlə HÜCUM EDİLDİ – Atışma BAŞLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda əyalət qubernatorunun iqamətgahına hücum təşkil edilib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Əfqanıstanın Bədəxşan vilayətində qubernatorun iqamətgahının mühafizə postuna naməlum silahlı şəxslər tərəfindən raketlərlə hücum edilib.

Məlumata görə, ölkənin şimal-şərqində yerləşən vilayətdə bir qrup naməlum silahlı şəxs qubernator iqamətgahının girişindəki nəzarət-buraxılış məntəqəsini raket atəşinə tutub.

Hücumdan sonra silahlılarla Taliban qüvvələri arasında atışma başlayıb.

Hadisənin nəticələri və ölən və ya yaralananların olub-olmaması barədə hələlik məlumat verilmir.

Xuraman Etibarlı

İnterpress.az