ABŞ-də çəkisi 350 kq-dan çox olan metamfetamin partiyası ilə rusiyalı kişi həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
ABŞ-nin Luiziana ştatında rusiyalı Anton Rakov rekord həcmdə – 358 kiloqram metamfetaminlə saxlanılıb.
Məlumata görə, Rakovun idarə etdiyi yük maşını magistrallardan birində yoxlama üçün dayandırılıb.
Nəqliyyat vasitəsinin qoşqusuna baxış zamanı 358 kiloqram narkotik vasitə aşkarlanaraq müsadirə edilib.
Polis bu müsadirəni Luiziana ştatı tarixində ən böyük metamfetamin ələ keçirilməsi kimi qiymətləndirib.
Xuraman Etibarlı
İnterpress.az






