Keçmiş nazir oğlu CİNAYƏT TÖRƏTDİbackend

Keçmiş nazir oğlu CİNAYƏT TÖRƏTDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada keçmiş nazirin oğlu cinayət törətməmişdən bir həftə əvvəl işdən çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyada keçmiş nazir İqor Albinin 34 yaşlı oğlu Aleksandr Xotinin cinayət törətməsindən bir həftə əvvəl işdən çıxarıldığı bildirilir.

Məlumata görə, Xotin tikintidə fəhlə işləyib, borca düşüb və müxtəlif şəxslərdən pul istəyib.

Daha əvvəl isə bankda hüquq məsləhətçisi, investisiya şirkətində analitik və istehsalat müəssisələrindən birində rəhbər köməkçisi olub.

Məlumata görə, Xotin tanışı 54 yaşlı Aleksandr Kumantsova bıçaqla ən azı yeddi zərbə vurub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını itirib.

Xotin hadisədən sonra saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az