Rumıniyada uşaq mikroavtobusdan yola düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rumıniya mediası məlumat yayıb.
Rumıniyada mikroavtobusdan yola düşən uşaq hərəkətdə olan yük maşınının altında qalmaqdan son anda xilas olub.
Məlumata görə, ötmə zamanı oğlan avtomobildən yola düşərək bir neçə dəfə asfaltın üzərinə çırpılıb. Bu vaxt yük maşını onun üzərinə doğru hərəkət edib.
Sürücü son anda kəskin manevr edərək uşağı vurmaqdan yayınıb.
Uşaq dərhal ayağa qalxıb, yaxınlıqdakı böyüklər isə onun köməyinə qaçıblar.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra Rumıniya polisi faktla bağlı cinayət işi açıb.
Xuraman Etibarlı
İnterpress.az






