Türk müğənni Fələstin ianələrindən 1 milyon dollar OĞURLADIbackend

Türk müğənni Fələstin ianələrindən 1 milyon dollar OĞURLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli müğənni Fələstin üçün toplanan 1 milyon dolları mənimsəməkdə ittiham olunur.

İnterpress.az xəbər verir ki, jurnalist İsmail Saymaz Türkiyədə müğənni Haluk Leventlə bağlı ciddi iddialar səsləndirib.

İddialara görə, 2026-cı ilin əvvəlində AHBAP xeyriyyə təşkilatının hesabında 44 milyon türk lirəsi olub.

Bu vəsait yanvarın 14-də Qəzzaya yardım adı ilə valyutadəyişmə məntəqəsində 1 milyon 12 min 970 dollara dəyişdirilib.

Məlumata görə, nağd dollarları alan Haluk Levent iki gün sonra həmin məbləğə qızıl alıb. Qızılın bank seyfində saxlanılması nəzərdə tutulub.

Lakin polisin avqustun 6-da seyfi açması zamanı içəridə pul və ya qızıl əvəzinə dərmanlar, vitaminlər və bir kitab aşkarlanıb.

Hazırda bu iddialarla bağlı araşdırmanın nəticələri barədə rəsmi məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az