Muğlada türk bayrağını yandırıb qaçan qadın TUTULDU – VİDEObackend

Muğlada türk bayrağını yandırıb qaçan qadın TUTULDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Muğlada bir qadın küçədə gördüyü Türk bayrağını yandırıb oradan uzaqlaşıb.

İnterpress.az xəbər verir ki, Türkiyənin Muğla şəhərinin Mentəşə rayonunda naməlum qadın mağazanın qarşısında asılmış türk bayrağını yandıraraq hadisə yerindən uzaqlaşıb.

Hadisə Kurşunlu Meydanı ərazisində, məscidin yaxınlığında baş verib. Gecə saatlarında mağazanın qarşısındakı bayrağa yaxınlaşan qadının alışqanla onu yandırdığı bildirilir.

Səhər mağaza sahibləri obyektə gələrkən yanmış bayrağı görərək polisə məlumat veriblər. Hadisə ərazidəki təhlükəsizlik kameralarına da düşüb.

Polis yaxınlıqdakı obyektlərin kameralarını araşdırıb. İlkin məlumata görə, hadisəni A.A. adlı qadın törədib.

Şübhəlinin müəyyən edilərək saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az