Hovuzda ölü tapılan üç yaşlı Bellanın valideynlərinə qarşı İŞ AÇILDIbackend

Hovuzda ölü tapılan üç yaşlı Bellanın valideynlərinə qarşı İŞ AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada evin hovuzunda ölü tapılan 3 yaşlı qızın valideynləri barəsində araşdırma başladılıb.

İnterpress.az xəbər verir ki, bu barədə BİLD məlumat yayıb.

Almaniyanın Pretz şəhərində ailənin evinin həyətindəki hovuzda ölü tapılan 3 yaşlı Bellanın valideynləri barəsində səhlənkarlıq nəticəsində ölümə səbəb olmaq şübhəsi ilə araşdırma başlanıb.

Məlumata görə, istintaqçılar valideynlərin uşağa nəzarət vəzifələrini pozub-pozmadığını araşdırırlar.

Məhkəmə sübutların axtarılması və hadisə yerinin yenidən sənədləşdirilməsi üçün evdə və həyətdə axtarış aparılmasına icazə verib.

Araşdırmanın əsas suallarından biri qızın itkin düşməsindən yalnız bir gün sonra tapılmasıdır.

Polis hadisənin necə baş verdiyini xüsusi manekenin köməyi ilə yenidən canlandırır. İstintaq çərçivəsində polis əməkdaşlarının hərəkətləri də araşdırılır.

Bildirilir ki, ilk axtarış zamanı ev və həyət, o cümlədən hovuz yalnız səthi şəkildə yoxlanılıb və uşağın meyiti aşkarlanmayıb.

Məhkəmə-tibbi ekspertiza qızın suda boğularaq öldüyünü müəyyən edib. Onun zorakılıq nəticəsində öldürüldüyünü göstərən əlamətlər aşkarlanmayıb.

Bellanın nə vaxt suya düşdüyü və ilk axtarış zamanı hovuzda olub-olmadığı isə hələlik müəyyənləşdirilməyib.

Xuraman Etibarlı

İnterpress.az