Sürücü magistral yolda qadın sərnişini öldürərək onun cəsədini kolluğa atıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyada 31 yaşlı kişi 61 yaşlı sərnişin qadını avtomobildə bıçaqlayaraq öldürüb və meyitini kolluğa atıb.
Məlumata görə, hadisə avqustun 11-də baş verib. Maksim F. Svetlana S.-yə Novodvinsk şəhərinə gedərkən yolüstü qarşı tərəflər arasında mübahisə yaranıb. Kişi avtomobili saxlayaraq qadının başına, boynuna və sinəsinə bir neçə dəfə bıçaq zərbəsi endirib. Qadın hadisə yerində ölüb.
Maksim daha sonra yoluna davam edib və meyiti Şirşinski qəsəbəsi yaxınlığında, tərk edilmiş çörək zavodunun ətrafındakı kolluğa atıb. Novodvinskə çatdıqdan sonra avtoyuma məntəqəsində saxlanılıb.
Şübhəli şəxs qətli törətdiyini etiraf edib. Onun daha əvvəl də qətl cinayəti ilə bağlı məsuliyyətə cəlb olunduğu bildirilir. Hazırda o, Arxangelskdəki istintaq təcridxanasındadır.
İlkin məlumata görə, kişi daha əvvəl cəbhədən qayıdıb.

Xuraman Etibarlı
İnterpress.az






