Narkotik satdığı üçün axtarılan geymer 8 il divanın içində gizlənib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Kuzbass bölgəsində narkotik alverinə görə 2018-ci ildən axtarışda olan 36 yaşlı kişi 8 il ərzində anasının evində divanın içində gizlənərək yaşayıb.
Məlumata görə, kişi məhkəmə zamanı qaçıb və sonradan qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, bütün bu illər ərzində küçəyə çıxmadan divanın içində gizlənib.
Kişinin kompüter oyunlarında müxtəlif əşyaları əldə edib sataraq ayda 30-40 min rubl (təxm. 620-820 man) qazandığı bildirilir.
Əməliyyatçılar onu rəqəmsal texnologiyaların köməyi ilə müəyyən ediblər.
Hazırda kişi 9 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Xuraman Etibarlı
İnterpress.az






