81 yaşında MÖCÜZƏ: Həkimlər 4-cü mərhələ metastazlı xərçəngə QALİB GƏLDİLƏR – FOTObackend

81 yaşında MÖCÜZƏ: Həkimlər 4-cü mərhələ metastazlı xərçəngə QALİB GƏLDİLƏR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onkoloqlar dördüncü mərhələ xərçəngi olan yaşlı Orenburq sakinini müalicə ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Tümen vilayətində onkoloqlar Orenburq vilayətindən olan 81 yaşlı kişini qaraciyərə metastaz vermiş 4-cü mərhələ yoğun bağırsaq xərçəngindən müalicə ediblər.

Məlumata görə, xəstəyə yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub və xəstəlik qaraciyərə yayılıb.

Tümen həkimləri əməliyyat keçirərək həm şişi aradan qaldırıb, həm də kolostomanı götürərək bağırsağın keçiriciliyini bərpa ediblər.

Xəstənin yaşadığı şəhərdə yaşı və yanaşı xəstəlikləri səbəbindən ona müalicədən imtina edilib.

“Meditsinskiy Qorod” klinikasının baş həkimi Rasim Tamrazov isə yaşın müalicəyə mütləq əks göstəriş olmadığını bildirib və xəstəni əməliyyat edib.

Xuraman Etibarlı

İnterpress.az