“Uensdey” ulduzu Cenna Orteqanın dəyişimi pərəstişkarlarını təəccübləndirib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
“Çərşənbə” (“Uensdey”) serialının baş rol ifaçısı Cenna Orteqanın son görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Pərəstişkarları aktrisanın cəmi bir il ərzində görünüşündə nəzərəçarpacaq dəyişiklik olduğunu bildiriblər.
Sosial şəbəkələrdə yayılan paylaşımda Orteqanın əvvəlki obrazları ilə müqayisədə xeyli fərqli göründüyü vurğulanıb.


Xuraman Etibarlı
İnterpress.az






