Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Sevastopolda elektrik kəsilməsi baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sevastopolda Ukrayna Silahlı Qüvvələrinin olduğu bildirilən kütləvi pilotsuz uçuş aparatı hücumu nəticəsində enerji infrastrukturuna zərər dəyib və şəhərdə müvəqqəti elektrik kəsintisi yaranıb.
Sevastopol qubernatoru Mixail Razvojayevin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları hücumu dəf etməyə çalışır.
Məlumata görə, axşam saatlarında iki dəfə hava hücumu xəbərdarlığı elan edilib.
Şəhərdə xüsusi rejim tətbiq olunub, mütəxəssislər elektrik enerjisinin bərpası üzərində işləyirlər.
Xuraman Etibarlı
İnterpress.az






