Braziliyada bir kişi özünün soyulmasına icazə verib, sonra quldurları təqib edərək divara çırparaq öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
Braziliyada iki oğru kişidən telefonunu və nikah üzüyünü götürərək hadisə yerindən qaçmağa çalışıb.
Kişi avtomobili ilə onların arxasınca gedib və qarətçiləri divara çırpıb.
Hadisə nəticəsində hər iki oğru ölüb. Kişi polisə bildirib ki, avtomobilin idarəetməsini itirib.
Xuraman Etibarlı
İnterpress.az






