Almaniya polisi rəsmisi qaçqını döyməkdə İTTİHAM OLUNURbackend

Almaniya polisi rəsmisi qaçqını döyməkdə İTTİHAM OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya polis həmkarlar ittifaqı sədr müavini Şərqi Almaniyadan qaçmağa çalışan şəxsi döyməkdə ittiham olunur.

İnterpress.az xəbər verir ki, bu barədə “Apollo News” portalı keçmiş sərhədçi Aksel Krauzeyə istinadən məlumat yayıb.

Almaniya Federal Polis Həmkarlar İttifaqının sədr müavini Sven Huber Qərbi Almaniyaya qaçmağa cəhd edən şəxslə qəddar davranmaqda ittiham olunur.

Huber 1980-ci illərin sonlarında Berlin divarı yaxınlığında keçmiş Almaniya Demokratik Respublikasının sərhəd qoşunlarında bölük komandirinin müavini kimi xidmət edib.

Keçmiş sərhədçi Aksel Krauze and içərək verdiyi ifadədə 1988-ci ilin yazında Huberin artıq saxlanılmış və yerdə uzanan qaçqının üzünə təpiklə zərbələr endirdiyini gördüyünü bildirib.

Şahidin sözlərinə görə, başqa bir hərbçi də ona Huberin saxlanılan şəxsin ağzına tapança soxduğunu deyib. Krauze bu epizodu şəxsən görmədiyini vurğulayıb.

Nəşr bəzi detalları Ştazi sənədləri ilə qismən yoxlamağın mümkün olduğunu yazıb. Huber isə vəkili vasitəsilə bütün ittihamları rədd edib.

62 yaşlı Huber bundan əvvəl də başqa bir qalmaqalın mərkəzində olub.

Hazırda Huber təqaüdə çıxmağa hazırlaşır.

Xuraman Etibarlı

İnterpress.az