Rusiyada 5 yaşlı uşağı oğurlayan kişi TUTULDU – VİDEObackend

Rusiyada 5 yaşlı uşağı oğurlayan kişi TUTULDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kuzbassda 5 yaşlı uşağın oğurlanması ilə bağlı kişi saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.

Kemerovo vilayətinin Novokuznetsk şəhərində 5 yaşlı oğlan uşağının oğurlanması ilə bağlı kişi saxlanılıb.

Uşaq bazar ertəsi Tüşinskaya küçəsində yerləşən yaşayış binasının həyətindən yoxa çıxıb.

Uşağın itkin düşməsi ilə bağlı genişmiqyaslı axtarış əməliyyatı başladılıb. Çərşənbə axşamı keçirilən axtarışlar nəticəsində uşaq tapılaraq valideynlərinə təhvil verilib.

İstintaqın ilkin versiyasına görə, şübhəli şəxs uşağı yaşayış binasının həyətindən öz mənzilinə aparıb və orada saxlayıb.

Qaçıran şəxs, əvvəllər məhkum olunmuş 35 yaşlı kişi sərxoş olub. O, bir neçə gün evinin yaxınlığında uşağı gözləyib, skuteri xarab olduqdan sonra kömək təklif edib.

Əvəzində uşağı qucağında dəmiryol relslərindən və çaydan keçərək anbarların, emalatxanaların və qarajların yerləşdiyi qonşu əraziyə – 3 km uzağa aparıb.

Hadisənin digər detalları və uşağın hansı şəraitdə tapıldığı ilə bağlı araşdırma davam edir.

Xuraman Etibarlı

İnterpress.az