Öcalandan sülh prosesinin pozulması ilə bağlı XƏBƏRDARLIQbackend

Öcalandan sülh prosesinin pozulması ilə bağlı XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Öcalan Türkiyə ilə PKK arasındakı sülh prosesini pozmaq cəhdləri barədə xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası PKK lideri Abdullah Öcalanın açıqlamasına istinadən məlumat yayıb.

Abdullah Öcalan Türkiyə hakimiyyəti ilə PKK arasında aparılan sülh prosesinin pozulmasına yönələn cəhdlərin olduğunu bildirib.

Onun sözlərinə görə, mediada və sosial şəbəkələrdə yayılan, ona aid edilən bəyanatlar, sənədlər və digər materiallar həqiqəti əks etdirmir və prosesə qarşı çıxan qüvvələrin “təxribat xarakterli hərəkətləridir”.

Öcalan sülh prosesinin “kritik mərhələdə” olduğunu və Türkiyə parlamentinin prosesin həyata keçirilməsi üçün hüquqi əsasları qəbul etməsindən sonra irəlilədiyini qeyd edib.

O, danışıqlara müdaxiləyə yol verilməməsinə çağırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da sülh səylərinə “çirkli əllərin” müdaxilə etmək cəhdlərinin olduğunu bildirib.

Ərdoğan hakimiyyətin seçilmiş kursu davam etdirmək niyyətində olduğunu vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az