Saakaşvili Qərbdən maliyyələşən təşkilatı SƏRT TƏNQİD ETDİbackend

Saakaşvili Qərbdən maliyyələşən təşkilatı SƏRT TƏNQİD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saakaşvili Qərbdə Gənc Hüquqşünaslar Assosiasiyasını maliyyələşdirənləri tənqid edib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb.

Saakaşvili Qərbdə “Gənc Hüquqşünaslar Assosiasiyası”nı maliyyələşdirən şəxsləri sərt ifadələrlə tənqid edib.

Onun narazılığı təşkilatın keçmiş baş nazir İrakli Qaribaşvilinin siyasi motivlərlə təqib edildiyini bildirməsi, lakin Saakaşvili ilə bağlı oxşar mövqe nümayiş etdirməməsi ilə əlaqələndirilir.

Keçmiş prezident qeyd edib ki, assosiasiya 14 il ərzində onun barəsində siyasi təqib iddialarını səsləndirməyib.

Saakaşvili təşkilatı hakimiyyətin “əlavəsinə” çevrilməkdə ittiham edib və Qərbdən bu quruma maliyyə dəstəyi göstərənlərin faktiki olaraq hakimiyyətə kömək etdiyini iddia edib.

Qeyd edək ki, assosiasiya bundan əvvəl İrakli Qaribaşviliyə qarşı təqibin siyasi motivli olduğunu açıqlamışdı.

Xuraman Etibarlı

İnterpress.az