Qətər millisində 2,10 metr boyu olan 13 yaşlı voleybolçu DİQQƏT ÇƏKDİ – VİDEObackend

Qətər millisində 2,10 metr boyu olan 13 yaşlı voleybolçu DİQQƏT ÇƏKDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər voleybol millisində 13 yaşlı, 2,10 metr boyunda oyunçu yer alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qətər mediası məlumat yayıb.

Qətər voleybol yığması turnirə cəmi 13 yaşı olan və boyu 2,10 metrə çatan Mübarək Musa ilə qatılıb. Gənc voleybolçu milli komandanın əsas heyətində yer alıb.

Onun rəsmi sənədlərdə 13 yaşı olduğu qeyd edilsə də, nəhəng bədən quruluşu və yetkin görünüşü idman ictimaiyyətində və sosial şəbəkələrdə onun real yaşı ilə bağlı böyük müzakirələrə və şübhələrə səbəb olub

Musa oyunlardan birində turnirin ən məhsuldar oyunçusu statusunu da qazanıb.

Qətər Voleybol Federasiyası bu gənc istedadı ölkənin ev sahibliyi edəcəyi 2029-cu il Dünya Çempionatına qədər komandanın əsas ulduzuna çevirməyi hədəfləyir.

Xuraman Etibarlı

İnterpress.az