Ekskursiyadan qayıdan uşaqlar QƏZAYA DÜŞDÜ: Bir nəfər öldü, 13 yaralı var – VİDEObackend

Ekskursiyadan qayıdan uşaqlar QƏZAYA DÜŞDÜ: Bir nəfər öldü, 13 yaralı var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda uşaqları daşıyan avtobusla minik avtomobili toqquşub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Yekaterinburq şəhərində ekskursiyadan qayıdan uşaqları daşıyan avtobus minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ümumilikdə 13 nəfər xəsarət alıb.

Məlumata görə, yaralananlar arasında beş uşaq var. Onlardan üçü 16, ikisi isə 13 yaşındadır.

Avtomobilin sürücüsü ölüb. Qəzanın hansı şəraitdə baş verdiyi və xəsarət alanların vəziyyəti barədə əlavə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az