Böyük Teatrın musiqiçisi Yevgeni Stoyko yol qəzasında həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Böyük Teatrının orkestrində kontrabas ifaçısı kimi çalışan Yevgeni Stoyko yol qəzasında həyatını itirib.
Məlumata görə, musiqiçi Kalujskoye şossesi ilə evə qayıdarkən idarə etdiyi “Hyundai Creta” markalı avtomobil yük maşını ilə toqquşub. Yük maşınının sükanı arxasında Tacikistan əsilli 44 yaşlı kişi olub.
Qəza nəticəsində Yevgeni Stoyko hadisə yerində dünyasını dəyişib. Yük maşınının sürücüsü isə xəstəxanaya yerləşdirilib.
Stoyko beynəlxalq müsabiqələrin laureatı olub. Onun iki oğlu da atasının yolunu davam etdirərək musiqi ilə fəal məşğul olur.
Xuraman Etibarlı
İnterpress.az






