BMT Pakistanın Əfqanıstana zərbələrini mümkün hüquq pozuntusu ADLANDIRDI – FOTOLARbackend

BMT Pakistanın Əfqanıstana zərbələrini mümkün hüquq pozuntusu ADLANDIRDI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Pakistanın Əfqanıstana hava zərbələrini beynəlxalq hüququn mümkün pozuntusu kimi qiymətləndirib.

İnterpress.az xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstanda insan haqları üzrə xüsusi məruzəçisi Riçard Bennett məlumat verib.

BMT-nin məlumatına görə, Pakistanın Əfqanıstanın Kunar və Hilmənd vilayətlərinə endirdiyi hava zərbələri nəticəsində ən azı 10 dinc sakin, əsasən uşaqlar həlak olub, daha 9 nəfər yaralanıb.

Riçard Bennett hücumların beynəlxalq humanitar hüquq və insan hüquqlarının mümkün pozuntusu ola biləcəyini bildirib.

Pakistan hakimiyyəti zərbələrin silahlı qruplaşmaların təlim düşərgələrinə və anti-Pakistan təbliğat videolarının hazırlandığı studiyaya endirildiyini, nəticədə 22 döyüşçünün öldürüldüyünü açıqlayıb.

Əfqanıstan hakimiyyəti isə üç yaşayış evinin dağıldığını bildirib.

Xuraman Etibarlı

İnterpress.az