Rusiyada 50-dən çox yeniyetmə terror fəaliyyəti şübhəsi ilə İFŞA OLUNDU – VİDEObackend

Rusiyada 50-dən çox yeniyetmə terror fəaliyyəti şübhəsi ilə İFŞA OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın 21 regionunda 50-dən çox yeniyetmə terror fəaliyyəti şübhəsi ilə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın 21 regionunda 50-dən çox yeniyetmənin terror fəaliyyəti ilə əlaqəli əməllərinin qarşısı alınıb.

Yeniyetmələr Ukrayna xüsusi xidmət orqanlarının tapşırıqları əsasında müxtəlif obyektləri yandırmaqda ittiham olunurlar.

İttihamların təfərrüatları barədə əlavə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az