Polşada terror təşkilatları ilə əlaqəli olduğu ehtimal edilən iki Rusiya vətəndaşı saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” nəşri məlumat yayıb.
Polşada hüquq-mühafizə orqanları iki Rusiya vətəndaşı da daxil olmaqla, ümumilikdə 12 nəfəri saxlayıb. Saxlanılanlar arasında bir Ukrayna vətəndaşı və doqquz Polşa vətəndaşı da var.
Məlumata görə, onlar bank dələduzluğunda şübhəli bilinirlər. İki Rusiya vətəndaşının terror təşkilatları ilə əlaqələrinin ola biləcəyi də ehtimal edilir.
Əməliyyat zamanı saxlanılanlardan ümumi dəyəri 850 min zlotıdan çox olan əmlak müsadirə edilib.
Yeddi nəfər həbs olunub, digərlərinə isə polis nəzarəti tətbiq edilib.
Şübhəliləri 12 ilədək həbs cəzası gözləyə bilər.

Xuraman Etibarlı
İnterpress.az






