Batuminin mərkəzində tikilməkdə olan binada yanğın baş verib
İnterpress.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində “Tower Group” şirkətinə məxsus tikilməkdə olan binada yanğın başlayıb.
Məlumata görə, alov binanın bir neçə mərtəbəsinə yayılıb, tikinti materialları yanıb.
Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub. Xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.
Xuraman Etibarlı
İnterpress.az






