Çində “Yura dövrünün parkı”ndan qaçmış kimi görünən dinozavr yaradıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Çində son dərəcə real görünən tirannozavr robotu hazırlanıb. Nəhəng dinozavr nərildəyir, hərəkət edir və ziyarətçilərin gözlərinin içinə baxır.
Onun görünüşü o qədər realdır ki, bir anlıq dinozavrların çoxdan nəsli kəsildiyini unutmaq mümkündür.
Maraqlıdır ki, Çində dinozavrlara böyük maraq var. Çinli mütəxəssislər əvvəllər də muzeylər üçün robot-dinozavrlar hazırlayıblar. Lakin təqdim olunan məlumatda onların ölçülərinin daha kiçik olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






