İranda ABŞ və İsrailə bağlı terror qrupu ifşa edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
İranın Kirmanşah əyalətində xarici kəşfiyyat orqanları tərəfindən idarə olunan terrorçu dəstə zərərsizləşdirilib, beş silahlı və üç silah qaçaqmalçısı saxlanılıb.
İran təhlükəsizlik xidmətinin bildirdiyinə görə, həmin şəxslər ABŞ və İsrail xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin koordinasiyası altında fəaliyyət göstərib və Tehran, Əlborz, eləcə də Kirmanşah əyalətlərində terror aktları törətməyi planlaşdırıblar.
Qurumdan bildirilib ki, qrup üzvləri 2025-ci ilin dekabrı və 2026-cı ilin yanvar aylarındakı etiraz aksiyaları zamanı dövlət əmlakının məhv edilməsində və sabitliyin pozulmasında da iştirak ediblər.
Bundan əlavə, İraq Kürdüstanı tərəfdən ölkə ərazisinə daxil olmağa çalışan üç silah qaçaqmalçısı saxlanılıb və onlardan 50 ədəd tapança ilə 100 ədəd daraq müsadirə edilib.
Xuraman Etibarlı
İnterpress.az






