Bağırsağından narkotik tapıldıbackend

Bağırsağından narkotik tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsindənİnterpress.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Emin Qurbanovun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, ümumi xalis çəkisi 101,624 qram olan narkotik vasitə – heroin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

İnterpress.az