Həmçinin elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına yol verilmir. Belə qurğuların sərnişinin əl çantasında daşınması tələb olunur.
Həmçinin bütün hallarda litium-metal batareyaların (UN 3090) AZAL-ın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağan edilib. Litium-metal batareyalar (bir dəfə istifadə olunan (enerji toplamayan) batareyalar) xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) IATA-nın təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır.
İnterpress.az