Eyni gündə başqaları da bu mövzunu gündəmə gətiriblər. Məsələn, vaxtilə hakimiyyətdə təmsil olunan Demokrat Partiyanın lideri Aram Sərkisyanda eyni sözləri deyib. Görünür, İrəvanda qapalı şəkildə yüksək səviyyədə toplantı keçirilib,Müharibə təhlükəsinin qarşısının alınması yolları haqqında müzakirə açıblar və yeganə “ağıllarına” gələn “danışıqlarda Dağlıq Qarabağ da iştirak etsin” fikri olub. Bununla İrəvan iki məqsəd güdür:
Bunu İnterpress.az -a “ Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, birinci məqsəd odur ki, İrəvan Dağlıq Qarabağın əvəzinə qərar verə bilməz, hətta onlar hipotetik olaraq danışıqlar prosesində Bakı ilə nəyəsə razılaşsalar, Xankəndinin “yox” cavabı həlledici olacaq:
“Bununla İrəvan Dağlıq Qarabağdakı separatçıları özünün əlaltısı yox, müstəqil oyunçu kimi bizə və beynəlxalq aləmə sırımaq istəyir. İrəvanın ikinci məqsədi elə həmin beynəlxalq vasitəçilərlə həmrəylik nümayiş etdirməkdir. Çünki, təəssüf ki, həmsədrlər, özəlliklə də rusiyalı həmsədr tez-tez “danışıqlar prosesinə Xankəndinin də qoşulmasına ehtiyac var” deyir. Ermənistan hakimiyyəti anlayır ki, növbəti hərbi toqquşma qaçılmazdır. Azərbaycan ordusu bəlkə də tarixinin ən böyük hərbi təlimlərinə hazırlaşır. 60 minlik qoşunla hərbi təlimlər həm İrəvana, həm onun dəstəkçisi Moskvaya, həm də Qərbə ciddi mesaj olmalıdır. Mesajı belə oxumaq lazımdır: “Sizin başınız İraq və Suriyaya qarışıb, ancaq Cənubi Qafqazda da müharibə təhlükəsi realdır. Ya bunun qarşısını almaq üçün Ermənistan hakimiyyətinə təzyiq edib danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirməlisiniz, ya da toqquşma qaçılmazdır”.
Gülşanə Mustafayeva
İnterpress.az