ATƏT-in bəyanatında yer alan ittihamların böyük əksəriyyəti ABŞ-da keçirilən prezident seçkilərindən daha çox bu ölkənin seçki sistemi ilə bağlıdır. Yəni bu ittihamlar daha öncə keçirilən seçkilərdə, ümumiyyətlə seçki və demokratiya mövzusunda aparılan bütün müzakirələrdə, beynəlxalq təşkilatların tribunalarından səsləndirilməliydi, ABŞ beynəlxalq ictimaiyyətin qınaq obyektinə çevrilməli idi.
İnterpress.az xəbər verir ki, politoloq Elçin Mirzəbəyli ATƏT-in bəyanatındakı bəzi məqamları şərh edib.
Politoloq bildirir ki, ATƏT missiyası iddia edir ki, ABŞ-da mövcud olan qaydalar prezident postu uğrunda mübarizə aparmaq üçün kiçik partiya nümayəndələri və müstəqil namizədlərə çətinlik yaradır. ATƏT-in indi xatırladığı problem haqqında illərdir ki, danışılır. O cümlədən azərbaycanlı ekspertlər də ABŞ-ın siyasi və seçki sisteminin nə qədər qüsurlu olduğunu dəfələrlə dilə gətiriblər:
\”ATƏT isə susub, əksinə öz gözündə “tir”i görməyən Vaşinqtonun başqa ölkələrin seçki sistemində “qıl” axtarışına dəstək verib. ABŞ-a feodal dövründən qalma seçki sistemi ilə bağlı heç bir xatırlatma edilməyib. “Sən öncə özünə bax” deyilməyib.
ATƏT-in bəyanatında qeyd olunur ki, ABŞ-da səsvermə hüququna malik olan 35 milyon seçici seçkilərdə iştirak etmək üçün qeydiyyata alınmayıb. Əgər alınsaydı, nəticə fərqli ola bilərdi. ATƏT-in bəyanatındakı bu və digər məqamlardan belə aydın olur ki, demokrat Barak Obamanın adminstrasiyası öz namizədlərinin – Hillari Klintonun seçkilərdə qalib gəlməsinə bilərəkdən mane olub… Əcəb məntiqdir…Maraqlıdır, görəsən seçkilərdə Hillari Klinton qalib gəlsəydi, ATƏT eyni ittihamlarla çıxış edəcəkdimi? Əlbətdə ki, yox! ATƏT-in bəyanatı seçkilərin nəticələrindən narahatlıq keçirən Avropa liderlərinin ovqatını əks etdirir. Yəni ortalıqda yenə hüquqi yanaşma deyil, siyasi mövqe və korporativ maraqlar var. Daha sadə desək, bir simasız digər simasızı simasızlıqda ittiham edir\”.
İnterpress.az