Təbrik məktublarında deyilir:
“Hörmətli cənab Prezident,
Sizi və Azərbaycan xalqını Respublika Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Regionda və Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə xidmət edən Polşa-Azərbaycan əməkdaşlığının uğurlu inkişaf perspektivlərinə çox şadam. Polşa Avropa İttifaqının Azərbaycan ilə siyasi münasibətlərinin formalaşmasında maraqlıdır. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini diqqətlə müşahidə edirik. Yeni əməkdaşlıq müqaviləsinin qəbul edilməsinin Azərbaycan ilə Avropa İttifaqının münasibətlərində mühüm mərhələ olacağına əminəm.
Ümidvaram ki, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq daha da inkişaf edəcək, dostluq münasibətləri getdikcə dərinləşəcək.
Möhtərəm cənab Prezident, Sizə və Azərbaycan xalqına uğurlar arzu edirəm.
Ən dərin hörmətlə, Polşa Respublikasının Prezidenti Bronislav Komorovski”
**
“Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin tərəqqisi və xalqınızın rifahı naminə ən gözəl arzularımı çatdırmaqdan şərəf duyuram.
Əminəm ki, birgə səylərimiz nəticəsində Serbiya ilə Azərbaycan arasında mövcud olan, ənənəvi dostluq və qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının rifahı naminə daha da inkişaf edəcək.
Bizə xalqlarımız arasında mövcud olan dostluq münasibətlərini möhkəmləndirmək və Serbiya-Azərbaycan əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üzrə öhdəliklərimizi bir daha təsdiq etmək şansı verəcək Avropa Oyunlarının açılışı ilə bağlı Bakıda baş tutacaq görüşümüzü səbirsizliklə gözləyirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləklərimi və ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə, Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç”
***
“Zati-aliləri,
İcazə verin, 28 May – Respublika Günü münasibətilə Sizi təbrik edim və ən xoş arzularımı çatdırım.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında maraq doğuran bütün sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq üçün mükəmməl perspektivlərin olduğunu əminliklə bildirmək istərdim.
Bolqarıstan Respublikası Azərbaycan Respublikası ilə əlaqələrinə yüksək önəm verir. Sizin 2015-ci ilin mart ayında Bolqarıstana rəsmi səfəriniz zamanı imzalanmış Strateji Əməkdaşlıq Bəyannaməsi bunun bariz sübutudur.
Aprel ayında Sizin ölkənizə işgüzar səfərim çərçivəsində səmərəli danışıqlarımızı yüksək qiymətləndirirəm. Bu danışıqların Bakıda keçiriləcək birinci Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı səfərim zamanı da davam edəcəyinə ümidvaram.
Dost Azərbaycan xalqına və şəxsən Sizə sülh və əmin-amanlıq arzularımı çatdırıram.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.
Hörmətlə, Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev”
***
“Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, xalqınızın rifahı və ölkənizin inkişafı naminə xoş arzularımı Sizə çatdırmaqdan çox məmnunam.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə, Estoniya Respublikasının Prezidenti Tomas Hendrik İlves”
***
“Zati-aliləri,
Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Əminəm ki, bizim birgə səylərimiz nəticəsində Monqolustan və Azərbaycan arasındakı əlaqələr və əməkdaşlıq xalqlarımızın rifahı naminə daha da genişlənəcək və inkişaf edəcək.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah arzularımı çatdırıram.
Dərin hörmətlə, Monqolustanın Prezidenti Saxiaqiyn Elbeqdorj”
***
“Hörmətli İlham Heydər oğlu,
Milli bayramınız – Respublika Günü münasibətilə tatarıstanlıların və şəxsən mənim ən səmimi təbriklərimizi qəbul edin. Sizə, qardaş Azərbaycan xalqına səmimi qəlbdən möhkəm cansağlığı, sülh və xoşbəxtlik, dövlətinizin möhkəmlənməsinə və hərtərəfli inkişafına yönələn bütün təşəbbüslərinizdə uğurlar arzu edirik. Qoy, Azərbaycan xalqının tarixi yaddaşı birliyin və ictimai həmrəyliyin, hər kəsin bütün ölkənin rifahı naminə səmərəli, yaradıcı əməyinin möhkəm təməlinə çevrilsin.
Məmnunluq hissi ilə qeyd edirəm ki, xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma ənənələri nə zamana, nə də müxtəlif beynəlxalq qeyri-sabitlik “küləklərinə” tabe deyil. Biz həmişə olduğu kimi, Tatarıstan-Azərbaycan əməkdaşlığını Rusiya və Azərbaycan xalqlarının rifahı, ümumi sülh naminə genişləndiririk. Bu vacib işə dəstəyinizə görə Sizə ürəkdən təşəkkür edirəm və bundan sonra da bir-birimizi daim dəstəkləyəcəyimizə ümidvaram.
Sizə və Azərbaycan xalqına ən dərin ehtiram hissi ilə, Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov”
***
“Hörmətli cənab Prezident,
Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına tərəqqi və çiçəklənmə arzu edirəm.
Ən dərin hörmətlə, Nepalın Prezidenti Ram Baran Yadav”
***
“Zati-aliləri,
Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və müvəffəqiyyətlər, dost Azərbaycan xalqına rifah və xeyir-bərəkət arzu edirəm. Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri İraq və Azərbaycan xalqlarının mənafeyi naminə daha da möhkəmlənəcək.
Dərin hörmətlə, İraq Respublikasının Prezidenti Fuad Məsum”
***
“Cənab Prezident,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Kot d`İvuar hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və səadət, dost Azərbaycan xalqına həmrəylik, rifah və tərəqqi arzu edirəm.
Sizi əmin etmək istəyirəm ki, Kot d`İvuar Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan uğurlu dostluq və əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirmək üçün Zati-alinizlə birlikdə işləməyə daim hazıram.
Dərin hörmətlə, Kot d`İvuar Respublikasının Prezidenti Alasane Ouattara”
İnterpress.az