Bu barədə sözügedən yataqxana sakinləri İnterpress.az-ın redaksiyasına məktub göndərib.
Yataqxana sakinləri həyatlarının təhlükədə olduğunu bildirir. Onların sözlərinə görə, ağır şəraitdə yaşamalarına baxmayaraq, onlara kömək edən tapılmır. Sakinlər bildirir ki, sözügedən bina 1946-cı ildə inşa olunaraq istifadəyə verilib. Buna görə də, yataqxana artıq yarasız vəziyyətdədir:
“Suda boğulmuş insanlar kimi, təcilli olaraq aidiyyatı qrumlardan köməklik istəyirik. Həyatımız təhlükədir. İllərdir ki, biz Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2-də yerləşən 17 saylı yataqxanada çox ağır şəraitdə yaşayırıq. Lakin buna yaşamaq da demək olmaz. Yataqxana köhnə 2 mərtəbəli olmaqla 1946-cı ildə tikilmişdir. Hal-hazırda qəzalı vəziyyətindədir. Yataqxanada tez-tez hadisələr baş verir. Sonuncu belə bir hadisə 23 aprel 2018 ci il tarixində axşam saat 18 50 də, sakinlər qəzalı olan mətbəxdə yemək bişirən zaman 1-ci mərtəbənin tavan hissəsi, 2-ci mərtəbənin isə döşəməsi sayılan hissəsində uçqunlar baş vermişdir. Lakin xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdır. Yataqxananın qəzalı vəziyyətində olması səbəbindən gecəmiz gündüzümüz yoxdur. Özümüz həyacan vəziyyətində yaşayırıq. Yataqxanada tez-tez hadisələr baş verir. Keçən ilin iyul ayında 7 yaşlı uşaq, çürümüş taxta döşəmənin qırılması səbəbindən başından ağır xəsarət almışdırlar. Həmçinin 17 saylı yataqxanada yayılmış infeksiya səbəbindən 2013-cü ildən, 6 yaşlı körpənin beyninə mikrob düşərək yataq xəstəsi olmuşdur. Uşaq 2013-cü ildən yeriyə bilmir”.
Qəzalı vəziyyətdə olan yataqxananın sakinləri bununla bağlı dəfələrlə mətbuatda yazıların dərc olunmasına baxmayaraq, məsələyə rəsmi şəkildə münasibət bildirilmədiyindən narahatlıqlarını bildiriblər: “Azərbaycanın bir çox xəbər saytları və televiziyaları 17 saylı yataqxananın dözülməz vəziyyəti ilə bağlı tez-tez xəbərlər işıqlandırırlar. Yataqxanada ummilikdə 30 ailə yaşayır. Bunlardan 23 ailə Cəbrayıl və Zəngilan rayonlarından olan məcburi köçkün aillələri, 7 ailə isə yerli ailələrdir. 24 ildir ki, Hamımız çox ağr şəraitdə yaşayırıq. 30 ailə, təxminən 100 nəfərə yaxın olan və insan həyatı üçün təhlükə sayılan yataqxanada dözülməz şəraitə görə həyatımızla mübarizə aparırıq. Təsəvvür edin ki, 15-16 m 2 sahəsi olan kiçik bir otaqda 5-6 ailə üzvi yaşayır. Elektirik xətdlərində tez-tez qısa qapanmalar baş verir. Qış aylarında yağış suları qəzalı yerlərdən içəri tökülür, yataqxananın içi nəmişlik və antisanitariya vəziyyətindədir. Yataqxanada infeksiyon xəstəliklər yayılıb. Körpələrmiz ağır vəziyyətindədirlər. Yataqxanada yaşayan uşaqlarda hal-hazırda yüksək hərarət, bağırsaq infeksiyaları, astma xəstəliyi, dəridə səpkilər yaranmışdır. İnanmayanları yataqxanaya dəvət edirik. Körpə və yaşlı insanların səhətində ciddi problemlər yaranmışdır”.
Məktubda deyilir ki, yataqxana Bakı şəhər İcra hakimiyyətinin Mənzil Kommunal təsərrüfatı departamentinin balasındadır və Sabunçu rayonu İcra Hakimiyyətinin yaşayış sahəsini əhatə edir. Onlar dəfələrlə kollektiv şəkildə bu qurumlara rəsmi müraciət etsələr də, müraciətlərinin nəticəsiz qaldığını bildiriblər: “Biz aidiyyatı qurumları Tibb işçiləri ilə birgə yataqxanaya gəlməyini istəyirik, hətta xahiş edirik. O zaman mövcud dözülməz vəziyyəti öz gözləri ilə görəcəklər. Hələ bu azmış kimi yataqxanada gəmirici heyvanlar və infeksiyon həşarətlər məskən salmışdırlar. 23 aprel 2018-ci il tarixində gecə saatlarında baş vermiş hadisə zamanı tale üzümüzə güldü. Lakin belə davam edərsə, şanslarımız uğursuz nəticələnə bilər. Yataqxana Bakı şəhər İcra hakimiyyətinin Mənzil Kommunal təsərrüfatı departamentinin balasındadır və Sabunçu rayonu İcra Hakimiyyətinin yaşayış sahəsini əhatə edir. Məlumat üçün qeyd edirik ki, dəfələrlə biz kollektiv şəkildə bu qrumlara rəsmi müraciət etmişik. Lakin heçbir nəticəsi olmamışdır. Bu qurumların bizə yazdıqları cavab məktubları isə şablon cümlələr olur. Məktubda qeyd edilir ki, Siz Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməlisiniz. Digər cavab məktublarında isə bir qrum məktubu digər bir qruma yönəldir. Görünür ki, yataqxanada baş verən tez-tez qəza hadisələri və insanların səhətində yaranmış ciddi xəstəlikləri heç kimi narahat etmir. Nəzərə alsınlar ki, yataqxanada şəhid ailəsi, gənc alim ailəsi və Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldıran idmançı ailələri yaşayırlar. Ağır şəraitlə bağlı bir neçə dəfə aidiyyatı üzrə rəsmi müraciət etmişik. Lakin heç bir nətcəsi olmmışdır. Aidiyyatı qrumlardan köməklik istəyirik. Həyatımız təhlükədədir”.
Səid Qərib
İnterpress.az