Birləşmiş Ştatlar Rusiyadan S-400 zenit raket kompleksləri alacaq bütün ölkələrə sanksiyalar tətbiq edə bilər.
İnterpress.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert keçirdiyi ənənəvi brifinqdə bildirib.
\”Biz bütün dünyada tərəfdaş və müttəfiqlərimizin S-400 zenit raket komplekslərini mümkün almasına qarşıyıq\” – deyə Nauert bildirib.
Türkiyədən başqa S-400 alışına görə digər ölkələrə də sanksiya tətbiq oluna bilərmi sualını Nauert müsbət cavablandırıb.
O, həmçinin Türkiyəyə S-400a raketlərinin vaxtından əvvəl çatdırılmasına görə də narahat olduğunu bildirib: \”Əgər bu belədirsə.., bu bizi narahat edəcək. Türkiyə kimi NATO üzrə müttəfiq S-400-dən istifadə edirsə, bu bizim siyasətimizə ziddir\”.
İnterpress.az