Fuad Muradov diaspor gəncləri ilə görüşdü – FOTObackend

Fuad Muradov diaspor gəncləri ilə görüşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diaspora İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və “İpək yolu” Beynəlxalq Gənclər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Diaspor Gənclərinin 1 Yay düşərgəsi”nın iştirakçıları ilə daha bir görüş keçirilib.

İnterpress.az xəbər verir ki, görüşdə Millət vəkili Ülvi Quliyev gənclər hərəkatının güclənməsi, gənclərin sağlam inkişafı və diasporumuzun güclənməsində gənclərin rolu barədə danışıb.

Komitə sədri diaspor gənclərini salamlayıb, düşərgədə iştirak etdikləri üçün onlara təşəkkür edib, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasəti barədə məlumat verib. Bununla yanaşı ölkənin inkişafı, diaspor hərəkatının güclənməsi, Azərbaycan diasporunun yol xəritəsi, gənclərin bu sahədə rolu və xüsusilə xaricdə yaşayan soydaşlarımızın diaspor fəaliyyətinə verəcəyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar diaspor gənclərinin suallarına cavab veriblər.

Görüş səmimi şəraitdə keçib.

Fuad Muradov diaspor gəncləri ilə görüşdü - FOTO

Fuad Muradov diaspor gəncləri ilə görüşdü - FOTO

Fuad Muradov diaspor gəncləri ilə görüşdü - FOTO

İnterpress.az