Dünyasını dəyişən sabiq icra başçısı dəfn olundubackend

Dünyasını dəyişən sabiq icra başçısı dəfn olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanov dəfn olunub.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, o, doğulduğu rayonun Əliyaqublu kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, A.Aslanov avqustun 22-dən 23-nə keçən gecə Bakıda xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xatırladaq ki, A.Aslanov 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. O, 1993-cü ildən 2005-ci ilə qədər Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra 8 il kənd təsərrüfatı nazirinin müavini işləyib. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, biologiya elmləri namizədi, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü və Tbilisinin fəxri vətəndaşı olub.

İnterpress.az