İnsanı ölümdən qurtaran yeni köynəklər satışa buraxılır – Qiyməti açıqlanmırbackend

İnsanı ölümdən qurtaran yeni köynəklər satışa buraxılır – Qiyməti açıqlanmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada günvurmadan qoruyan yeni köynəklər istehsal edilib.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, günvurma əleyhinə hazırlanmış köynəklər Yaponiyanın idman məhsulları istehsalı sahəsində tanınmış “ASICS Corporation” və telekommunikasiyalar sahəsinin nəhənglərindən biri olan NTT şirkəti tərəfindən ərsəyə gətirilib.

Ötən gün Tokioda keçirilən mərasimdə sözügedən köynəyin təqdimatı mərasimi keçirilib. Geniş ictimaiyyətə təqdim olunan məhsulların xüsusi sensorlar vasitəsilə təchiz edildiyi bildirilib.

Belə ki, xüsusi qaydada hazırlanmış köynəyin arxa hissəsində yerləşdirilən sensor əynində olduğu insanın ürək döyüntülərini, bədənin hərarəti və nəmişliyi, həmçinin günəşin istiliyini izləyir.

Sensor əldə edilən məlumatları köynəyin sahibinə ötürməklə ona öz fiziki vəziyyətinə nəzarət etmək imkanı yaradır.

Günvurma təhlükəsi yarandığı təqdirdə qurğu köynək sahibinə xəbərdarlıq edir.

Yeni köynəklərin yaxın zamanlarda satışa buraxılacağı bildirilsə də, hələ ki, bazar qiyməti açıqlanmayıb.

Məlumatda sözügedən köynəklərin Yaponiya ilə iqtisadi əlaqələrdə tərəfdaş olan ölkələrə ixracının da baş tutacağı bildirilir.

İnterpress.az