Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan De Mistura İran, Rusiya və Türkiyəni Cenevrəyə dəvət edib.
İnterpress.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, BMT sözçüsü tərəfindən verilən açıqlamada üç ölkədən gələcək nümayəndələrin Suriyanın konstitusiyasını müzakirə edəcəyi bildirilib.
Açıqlamada İsveçrənin Cenevrə şəhərində baş tutacaq zirvənin sentyabrın 11-12-də keçiriləcəyi vurğulanıb. Zirvədə Suriyada yeni konstitusiya üçün yaradılması planlaşdırılan komitə haqqında qərar veriləcəyi gözlənilir.
Bu zirvənin ardından Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın da daxil olacağı paralel bir tədbir keçirməyi planlaşdırır.
İnterpress.az