“Nitqi qüsurlu olan aparıcılar heç nə öyrənmək istəmirlər”backend

“Nitqi qüsurlu olan aparıcılar heç nə öyrənmək istəmirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Kütləvi İnformasiyasiya Vasitələrində Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı sahəsində təşəbbüslərə dəstək ” layihəsi çərçivəsində “Azərbaycan dilini mətbuatda və cəmiyyətdə necə qoruyaq? ” mövzusunda konfrans keçirilib.

İnterpress.az xəbər verir ki, tədbirdə “Azadinform”informasiya agentliyinin rəhbəri Niyaz Niftiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Mətbuat katibi və “Perspektiv inkişaf və layihələrin monitorinqi qrupu”nun rəhbəri Ceyhun Musaoğlu, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli və başqaları iştirak edib.

Tədbiri giriş sözləri ilə açan “Azadinform” informasiya agentliyinin rəhbəri Niyaz Niftiyev qonaqlara mövzu ilə bağlı ətraflı məlumat verdi.

“Nitqi qüsurlu olan aparıcılar heç nə öyrənmək istəmirlər”

Tədbirdə çıxış edən Ceyhun Musaoğlu bildirdi ki, Bilik Fondu və Milli Elmlər Akademiyasının dilçilik fondu ilə birgə “Ekran və efirdə ədəbi dil normaları” adlı treyninq keçiriblər: “Treyninqə 40-dan çox KİV nümayəndələri qatılmışdı. Mən fikir verdim ki, bizdən nəsə öytənmək istəyənlər elə jurnalistika ixtisasında təhsil alanlardır. Onların nitqlərində demək olar ki, heç bir qüsur yox idi. Amma yenə də, öyrənmək istəyirdilər. Hansı ki, efirdə ən çox səhv edən, dilin normalarını pozan aparıcılar bizim treyninqə qoşulmamışdı. Buna görə də düşünürəm ki, efiri peşəcə jurnalist olanlara qaytarmaq lazımdır”.

Sonda AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva, AMEA-nın professoru İdris Abbasov da çıxış edib.

İnterpress.az