Bu gün cənun zonasında baş verən yeraltı təkanlar Lənkəranda bir evin uçması, digər evlərin isə yararsız hala düşməsi ilə nəticələnib.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, bu gün 16:57 radələrində Azərbaycanın cənub bölgəsində baş verən yeraltı təkan fəsadlar əmələ gətirib.
Belə ki, yeraltı təkanlar Lənkəran, Masallı, Astara, Lerik, Biləsuvar, Salyan və digər ətraf rayonlarda da hiss olunub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən İnterpress.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5.1, dərinliyi isə 15 km olub.
Eyni zamanda, yeraltı təkanlar Lənkəranda da güclü hissi olunub. Belə ki, zəlzələnin dağıdıcı gücü bir sıra yaşayış evlərində çatlar əmələ gətirib. Bəzi yaşayış evlərində uçqunlar yaranıb.
Səid Qərib
İnterpress.az