Cəlilabadda yaşıllıqlar yandırıldı – VİDEObackend

Cəlilabadda yaşıllıqlar yandırıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda yol kənarındakı yaşıllıqlarda yanğın baş verib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, yanğın Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsindəki yolun kənarlarında baş verib. Belə ki, yolun kənarındakı yaşıllıqlarda baş verən yanğın qısa müddətdə genişlənməyə başlayıb.

Hadisə yerinə Cəlilabad rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının yaxınlıqdakı təsərrüfat sahələrinə keçməsinin qarşısı alınır.

Yol kənarı boyunca ağaclarla örtülmüş ərazidə baş verən yanğının səbəbləri hələ ki, məlum deyil.

İlkin ehtimala görə, yanğın magistral yoldan keçən avtomobillərdəki sərnişinlərin istifadə etdikdən sonra əraziyə tulladıqları siqaret közündən sonra baş verib.

Qeyd edək ki, bir neçə gün bundan öncə də Cəlilabadda yol kənarındakı yaşıllıqlar naməlum şəxslər tərəfindən yandırılmışdı.

Səid Qərib
İnterpress.az

Qeyd: Video Elşən Feyzullayevə məxsusdur.