Özbəkistan prezidenti Vahid Ələkbərova “Dostluq” ordeni verdibackend

Özbəkistan prezidenti Vahid Ələkbərova “Dostluq” ordeni verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkənin müstəqilliyinin 27-ci ildönümü ərəfəsində Rusiyada fəaliyyət göstərən azərbaycanlı sahibkar Vahid Ələkbərovu \”Dostluq\” ordeni ilə təltif edib.

İnterpress.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, V.Ələkbərov Özbəkistanın neft-qaz kompleksinin inkişafında və karbohidrogen resurslarından istifadənin səmərəliliyin artırılmasında töhfəsinə görə təltif edilib.

Müvafiq sənəddə V.Ələkbərovun ölkədə karbohidrogen xammalının emalı və hasil edilməsi zamanı innovasiya texnologiyalarının tətbiqində xidmətləri qeyd olunur.

İnterpress.az