İnterpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ali rəhbərin administrasiyasından verilən məlumata görə, Qurban və Qədr-Xum bayramları münasibətilə Ayətullah Seyid Əli Xamneyi humanizm və insanpərvərlik prinsiplərini əsas tutaraq 615 məhkumu əfv edib.
Müxtəlif cinayətlərə görə inqilab məhkəmələri tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilənlər Ali rəhbərə əfv olunmaları haqqında müraciət etmişdilər.
Əfv fərmanına əsasən, bir sıra məhkumlar azadlığa buraxılıb, digərlərinin isə cəza müddətləri azaldılıb.
İnterpress.az