Ordumuz hərbi hissələrdə çöl çıxışları başlayıbbackend

Ordumuz hərbi hissələrdə çöl çıxışları başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzlərində Azərbaycan ordusunun hərbi hissələrinin çöl çıxışları başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, məşqlərin keçirilməsində əsas məqsəd döyüş zamanı şəxsi heyətin praktiki vərdişlərinin artırılması, atəş vasitələri və döyüş texnikasından düzgün istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi və bölmələrin dəqiq və qətiyyətlə idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

İnterpress.az