Interpress.az xəbər verir ki, bahalaşma günün birinci yarısında nisbətən aşağı sürətlə gedib. Türkiyə milli valyutası gün ərzində dəyərinin daha 2.6 faizini itirib.
Günün ikinci yarısında isə Röyter agentliyi Mərkəzi Bankın sədr müavini və maliyyə siyasəti komissiyasının üzv Erkan Kilimçinin vəzifəsindən istefası barədə xəbər yayıb.
İstefanın səbəbi açıqlanmır, amma bu xəbərin təsiri ilə dolların bahalaşması sürətlənib. 1 ABŞ dollarının məzənnəsi 6.8 TL-ni keçib. Daha sonra məzənnə cüzi geriləsə də dolların bahalaşması tendensiyası qalmaqdadır.
Interpress.az